Özümüzü hakerlərdən necə qoruya bilərik?

Özümüzü hakerlərdən necə qoruya bilərik?
  • Sosial

  • Orta hesabla hər 39 saniyədən bir kiberhücum yaşanır. Başqa sözlə, hazırda görünməz bir dünyada çox qaynar müharibə gedir. Bu gün 10 saat ərzində 300 mindən çox hücum həyata keçirilib. Bu elə də böyük təəccüb doğurmur. Hətta deyə bilərik ki, kiber dünya üçün sakit gündür. Günün sonuna qədər 1 milyondan çox hücum baş verəcək. Milyonlarla zərərli proqram; kompüterləri, sistemləri və dolaysıyla insanlari təhdid edəcək.
    "Bəs belə hücumlardan və real görünməz təhlükələrdən necə qorunmaq olar?"


    Mövzu ilə əlaqədar Asiya.az kommunikasiya texnologiyaları (İKT) üzrə mütəxəssisi Royal Rəhimovun fikirlərini öyrənib.
    Mütəxəssis bildirib ki, kiberhücumçular üç əsas qrupa bölünür və bunlardan birincisi bu qrupdur. Onlar kiber addımlar atmaqla öz siyasi mesajlarını bu şəkildə çatdırmağı məqsədəuyğun hesab edirlər. İkinci qrup isə pul qazanmaq, daha doğrusu oğurluq etmək məqsədi ilə hücum edənlərdir. Onlar adətən kredit kartı məlumatlarımızı izləyirlər. Sonuncu isə kəşfiyyat və ya təxribat xarakterli hucumlar eden şəxslərdən ibaret qruplardir. Özümüzü kiberhücümlardan necə qoruya biləcəyimizi izah edəcəyəm, amma əvvəlcə real dünyadan başqa bir misal çəkmək istərdim.
    Bir neçə il əvvəl gözlənilməz anda dünyanın 85 ən böyük internet saytı yoxa çıxdı. Həmin gün PayPal ilə pul köçürmələri həyata keçirmək, Netflix-də film izləmək, onlayn oyunlar belə oynamaq mümkün deyildi. Təəssüf ki, Heç kim bu problemlə bağlı tvit yaza bilmədi, çünki Twitter də əlçatmaz idi. Fikirləşə bilərsiniz ki, mənim belə bir hücumdan xəbərim yox idi. Amma siz də bilmədən istifadə etdiyiniz cihazlar belə hücumların bir hissəsinə çevrilmiş ola bilər.

    Royal Rəhimov onuda diqqətə catdırıb ki, kütləvi kiber hücumlar zamanı DNS (Adların Domen Sistemi) sistem kilidlənir. Bu sistemi bir evə bənzətsək, internetdə ünvan sətrinə nəsə yazanda, müəyyən mənada bu evin qapısını döyürsən. Bəs bir neçə dəqiqə ərzində on milyonlarla insan evin qarşısında toplansa və qapını döyməyə başlasa nə baş verəcək? Nə qapı qalacaq, nə ev... O gün belə oldu. Çünki həmin gün botnetlər serverləri iflic etmişdi. Bunun üçün çoxlu cihazlar lazım idi. Milyonlarlaca... Botnetlər sistemi ələ keçirilmiş kompüterlər deməkdir. Təkcə kompüterlər deyil, internetə qoşula bilən qurğular da siz fərq etmədən ələ keçirilir. Məsələn, istifadə etdiyiniz kompüterin və ya cihazın parolu nədir? 123456yeddi? O, yəqin ki, artıq botnet ordusunun bir hissəsinə çevrilib. İster inanın, istər inanmayın, hələ də hər 100 nəfərdən 17-si bu tip qısa şifrələrdən istifadə edir. Daha güclü, daha uzun və unikal parollar tapın.

    Bizim dövrümüzdə artıq ənənəvi savadlılıq kifayət etmir. İstəsək də, istəməsək də rəqəmsal mədəniyyətin bir hissəsiyik. Ona görə də biz özümüzü rəqəmsal sahədə maarifləndirməliyik. Kibertəhlükəsizlik də bu təlimin ən vacib dərslərindən biri olmalıdır.
    İndi daha diqqətli internet istifadəçisi olmaq üçün atılacaq ilk addım sadə parolları dəyişdirməkdir. Çünki BruteX kimi bir çox proqram nternetdə asanlıqla tapıla bilən şifrə siyahısı ilə bütün kombinasiyaları sınayaraq parolları asanlıqla əldə edə bilər. 
    İnternet dünyası fiziki dünyamıza qismən bənzəyir. Bu dünyanın bir çox yerləri gözəl olsa da, qaçmalı olduğumuz təhlükəli, qaranlıq guşələr də var. Belə yerlərə girməkdən yayındığımız kimi, internetdə bəzi ünvanlara girməkdən də çəkinmək lazımdır. Daxil olduğunuz sayt sizə pulsuz bir şey verməyi, onu yükləməyi vəd edə bilər. Amma o, yəqin ki, eyni zamanda sizdən nəsə alır. Siz fərqinə belə varmadan cihazınıza malware, spyware, adware, keylogger və ya ransomware kimi zərərli virus ötürür. Bu sonuncu qeyd etdiyimiz virus kompüterinizi kilidləyir və onu yenidən istifadəyə yararlı etmək üçün fidyə tələb edir.

    "Onlayn xidmətlərdən istifadə edərkən, əgər varsa, iki addımlı doğrulama həyata keçirin. Rəqəmsal ayaq izlərinizi izləyin. Sevimli veb saytlarınızın etibarlı olduğundan əmin olun. Gələnlər qutunuzdakı mesajlarda yazılan hər şeyə inanmayın. Tanımadığınız e-poçtların əlavələrini açmayın. Gördüyünüz hər linkə klikləməyin. Şəxsi məlumatlarınızı heç bir yerdə paylaşmayın və kompüterinizə və ya telefonunuza proqram quraşdırarkən çox diqqətli olun. Qapınızı döyən hər kəsi qəbul etmirsiniz, elə deyilmi?. Kiber dunyadakı evinizidə belə qoruyun”, - deyə Royal Rəhimov qeyd edib.
     
    Xatırladaq ki, Rusyanın Moskva şəhərində yaşayan həmyerlimiz dünya üzrə 57 ölkədən 20 mindən artıq insana sosial şəbəkə xidmətləri göstərərək, onların problemlərinin həll olunmasına dəstək olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər