Detektiv yazar Elbrus Kəlbiyev:”Xalq özünü sevəndən sonra kitaba verilən dəyər də artar, yazarı da qazanar”

  • Sosial

  • Detektiv ədəbiyyat bütün dünyada olduğu kimi Azərbaycanda oxucularda həmişə maraq doğurur. Bunu nəzərə alaraq detektivlə bağlı oxucuları maraqlandıran bəzi suallara aydınlıq gətirmək üçün detektiv yazıçı, psixoloq, ehtiyatda olan polkovnik-leytenant Elbrus Kəlbiyevlə söhbətləşdik.
    Qeyd edək ki, Elbrus Kəlbiyev detektiv janrında yazılan 6 kitabın – “Şahmat qaydaları ilə QƏTL”, “Ölülərin pıçıltısı”,  “Kobranın ölüm rəqsi” , “Şeytan ruhunun ləpiri”  , “Utancaq qatil” və sonuncu yazdığı- “Heroqliflərin sirri” kitablarının müəllifidir.
    Müsahibə zamanı yazıçı bir çox maraqlı məqamlara da toxunub.
    Sözügedən müsahibəni təqdim edirik:

    -Hal-hazırda Azərbaybaycanda detektiv ədəbiyyatının vəziyyəti necədir?
    – “Çox təəssüf ki, bu gün Azərbaycanda ümumən ədəbiyyat yetim qalıb”- deyərdim. Xalqımızın bəlkə heç 10 faizi kitab oxumur. Bu bir xalq üçün çox böyük faciədir.

    Detektiv yazar Elbrus Kəlbiyev:”Xalq özünü sevəndən sonra kitaba verilən dəyər də artar, yazarı da qazanar”
    Cəmiyyət247

    • facebook
    • twitter
    • whatsapp
    • share
    Detektiv ədəbiyyat bütün dünyada olduğu kimi Azərbaycanda oxucularda həmişə maraq doğurur. Bunu nəzərə alaraq detektivlə bağlı oxucuları maraqlandıran bəzi suallara aydınlıq gətirmək üçün detektiv yazıçı, psixoloq, ehtiyatda olan polkovnik-leytenant Elbrus Kəlbiyevlə söhbətləşdik.

    -Son kitabınız olan “Heroqliflərin sirri” romanı haqda məlumat vermənizi istərdik. Bu kitab oxucular tərəfindən necə qarşılandı?
    – Son əsərim olan “Heroqliflərin sirri” romanı altı ay əvvəl çap olundu. Bu əsərdə hadisələr Qax rayonumuzun məşhur İlisu kəndində, həmin ərazidə yerləşən, bizim şanlı tariximizin bir parçası olmuş İlisu Sultanlığının nişanəsi olan Sultanlıq Məzarlığında başlayır. Həmin rayonda işləyən arxeoloq Yağmur xanımın çox böyük hiyləgərliklə törədilən qətli və bu qətlin araşdırılmasından bəhs olunur. Hadisələrin coğrafiyası get-gedə Gürcüstan, Rusiya, Çin və digər ərazilərə  qədər böyüyür. Hadisələrin kökü 1917-ci illərdə Rusiyada, qədim Maya tarixində də axtarılır. Qətl hadisəsindən sonra ortaya çıxan qəribə heroqliflərlə yazılı məktub istintaqı çox uzaqlara aparıb çıxarır. Bir arxeoloq alimin qızı və onun davamçısı Yağmuru öldürən həm yaxın, həm də uzaq ətrafında axtarılır… Yağmurun qızı olan Dənizin də ailə həyatı xoşbəxt qurulmayıb və o ailə də bu işin tam mərkəzində olur. Yağmurun 20 il əvvəl tələbəlik illərində başqa birinə olan sevgisi də əsas süjet xətlərindən biridir. Yağmurun atası da öz xeyirxah əməlləri ilə özünə düşmən qazana bilmişdir. Bu hadisədən altı ay əvvəl rayonda daha bir cinayət hadisəsi baş verib və bu iki cinayət arasında əlaqə ortaya çıxır. Əsər bütün bu və bu kimi hadisələrin məcmusundan ibarətdir. Digər əsərlərimdə olduğu kimi əsas süjet xətti iki cinayət hadisəsinin araşdırılmasıdır.Lakin əsər ailə mövzusu, sevgi, psixologiya, elmin bir neçə istiqaməti, həyatın ən müxtəlif sahələrində baş verən maraqlı hadisələri özündə əks etdirir. Roman oxucular tərəfindən yaxşı qarşılandı. Bir neçə tədbirdə bu əsərin müzakirəsini keçirdik və əsər barədə yalnız xoş fikirlər eşitdim. Qaranlıq qalan suallara da oxucularla birlikdə aydınlıq gətirdik.

    -Yazıçı üçün oxucu rəyi nə qədər vacibdir?
    – Tənqid belə olsa xalis niyyətli oxucu rəyindən daha önəmli mənim üçün heç nə yoxdur. Çünki yazar yalnız öz oxucuları ilə birlikdə mövcuddur.

    -Baxmayaraq ki, detektiv janrı  bürtün dünyada olduğu kimi Azərbaycanda da böyük maraq doğurur, azdan-coxdan kinolar, seriallar  çəkilir, bizdə  detektiv janrında çəkilən çox az sayda filmlərə rast gəlninir. Sizcə bunun səbəbi nədir?
    – Kino çəkilişi də bizdə çox aşağı səviyyəyə düşüb. Səbəb isə əlbəttə maliyyədir. Bu gün kino çəkmək üçün vəsait tapmaq olmur. İki rejissor hazırda əsərlərimdən birinə kino çəkmək istəyirlər. Əvvəllər tanımadığım rejissorlardır. Əsərləri oxuyub və bəyəniblər. Lakin nə onlar, nə də mən çəkiliş üçün sponsor tapa bilmirik.

    -Yaxşı detektiv sizcə necə olmalıdır? Ümumiyyətlə müasir oxucuların tələbləri nədir, nə istəyir və yazıçı bu istəkləri nə dərəcədə nəzərə almalıdır?
    – Yüksək səviyyədə yazılan detektiv əsər ilk növbədə çox maraqlı olmalıdır. Hadisələr sona qədər oxucunu intizarda saxlamalı və hər şey sonda, oxucunun təəccübünə səbəb olmaqla bitməli. Bundan əlavə əsər həm də oxucu üçün faydalı olmalı, onu düşündürməli, oxucu özünü hadisələrin içində hiss etməli, ədalət, ali insanlıq, vicdan, elm, kamillik kimi vacib amillər əsərin üst hissəsində olub oxucunun şüuraltına nüfuz etməlidir. Və daha bir çox lazımlı, praktiki fayda verəcək amilləri özündə birləşdirməlidir.
    Oxucularında əslində tələbləri elə sadaladığım amillərdir. Əsər faydalı, maraqlı, dinamik, həyəcan, adrenalin dolu olanda çox oxunur. Yazar yaxşı əsər yaratmaq üçün elə yazarkən həm də ona oxucu gözü ilə baxmağı bacarmalıdır. Tək özü üçün yazarsa böyük effekti olmaz.

    -Nəşriyyatların  detektiv əsərlərə  marağı nə dərəcədədir?
    – Nəşriyyatların tək bir marağı var; müştəri olsun, kitab çap olunsun və onlar qazansınlar. Onları əsərlərin nə janrı, nə də ki, mahiyyəti maraqlandırmır.
    -Bu bir reallıqdır ki, bizdə çox az yazıçı tapılar ki, kitab yazmaqla normal gəlir əldə edir. Sizcə bunun belə olması üçün nə edilməsi lazımdır və nə çatışmır?
    – Yazıçıya pul qazandırmaq üçün deyil, ədəbiyyatın, mədəniyyətin ümumilikdə inkişafı üçün ilk növbədə kitaba meydan verilməli. Çünki kino da, teatr da, müsiqi əsərləri də  beyinlərdə formalaşıb ilk olaraq ağ vərəqlərə köçürülür. Azərbaycan oxucusu nəhayət öz yazarına yaxın gəlməyə, onunla söhbət etməyə, onun bir əsərini oxumağa çəkinməməli. Bunu özünə ayıb saymamalı. Bizdə çox qəribə bir ənənə formalaşıb. Biz özümüzü sevə, dəyər verə bilmirik. Sanki buna utanırıq. Nə alimimizi, nə yazarımızı, nə şairimizi, nə hər hansı idman klubumuzu… sevmək əvəzinə hər yerdə xaricilərə üstünlük veririk. Ətrafa baxsaq öz dilimizdən çox xarici dillərdədir hər şey. Mağazalardan tutmuş kafelərdə verilən yeməklərə, qoyulan körpə adlarına qədər. Çox ürək yanğısı ilə qeyd etmək istəyirəm ki, biz coğrafi olaraq müstəqillik əldə etsək də, biyət etməyə hələ də yad axtarırıq. Burada xalqımızı qınamaq istəmirəm. Bir psixoloq kimi bilirəm ki, bunun ən böyük səbəbi əsrlərdir bu və ya digər işğallara məruz qalmağımızdır. Bir xalq olaraq, bir toplum olaraq şüuraltı hələ də işğal altındayıq. Lakin inanıram ki, gün gələr bu hipnozdan ayılarıq. Bunun üçün biz qələm adamlarının da öhdəsinə çox böyük iş düşür. Özümüzdən, tariximizdən, milli kimliyimizdən, tarixi şəxsiyyətlərimizdən, alimlərimizdən, sərkərdələrimizdən çox yazmalıyıq. Bizi özümüzə qaytarmaq üçün əlimizdən nə gəlirsə etməliyik. Məsələn, son əsərimdə İlisu Sultanlığı barədə yazmağım sırf bu məqsədi daşıyır. Xalq özünü sevəndən sonra kitaba verilən dəyər də artar, yazarı da  

    Detektiv yazar Elbrus Kəlbiyev:”Xalq özünü sevəndən sonra kitaba verilən dəyər də artar, yazarı da qazanar”
    Cəmiyyət247

    Detektiv yazar Elbrus Kəlbiyev:”Xalq özünü sevəndən sonra kitaba verilən dəyər də artar, yazarı da qazanar”

    • facebook
    • twitter
    • whatsapp
    • share
    Detektiv ədəbiyyat bütün dünyada olduğu kimi Azərbaycanda oxucularda həmişə maraq doğurur. Bunu nəzərə alaraq detektivlə bağlı oxucuları maraqlandıran bəzi suallara aydınlıq gətirmək üçün detektiv yazıçı, psixoloq, ehtiyatda olan polkovnik-leytenant Elbrus Kəlbiyevlə söhbətləşdik.
    Qeyd edək ki, Elbrus Kəlbiyev detektiv janrında yazılan 6 kitabın – “Şahmat qaydaları ilə QƏTL”, “Ölülərin pıçıltısı”,  “Kobranın ölüm rəqsi” , “Şeytan ruhunun ləpiri”  , “Utancaq qatil” və sonuncu yazdığı- “Heroqliflərin sirri” kitablarının müəllifidir.
    Müsahibə zamanı yazıçı bir çox maraqlı məqamlara da toxunub.
    Sözügedən müsahibəni təqdim edirik:
    -Hal-hazırda Azərbaybaycanda detektiv ədəbiyyatının vəziyyəti necədir?
    – “Çox təəssüf ki, bu gün Azərbaycanda ümumən ədəbiyyat yetim qalıb”- deyərdim. Xalqımızın bəlkə heç 10 faizi kitab oxumur. Bu bir xalq üçün çox böyük faciədir.
    -Son kitabınız olan “Heroqliflərin sirri” romanı haqda məlumat vermənizi istərdik. Bu kitab oxucular tərəfindən necə qarşılandı?
    – Son əsərim olan “Heroqliflərin sirri” romanı altı ay əvvəl çap olundu. Bu əsərdə hadisələr Qax rayonumuzun məşhur İlisu kəndində, həmin ərazidə yerləşən, bizim şanlı tariximizin bir parçası olmuş İlisu Sultanlığının nişanəsi olan Sultanlıq Məzarlığında başlayır. Həmin rayonda işləyən arxeoloq Yağmur xanımın çox böyük hiyləgərliklə törədilən qətli və bu qətlin araşdırılmasından bəhs olunur. Hadisələrin coğrafiyası get-gedə Gürcüstan, Rusiya, Çin və digər ərazilərə  qədər böyüyür. Hadisələrin kökü 1917-ci illərdə Rusiyada, qədim Maya tarixində də axtarılır. Qətl hadisəsindən sonra ortaya çıxan qəribə heroqliflərlə yazılı məktub istintaqı çox uzaqlara aparıb çıxarır. Bir arxeoloq alimin qızı və onun davamçısı Yağmuru öldürən həm yaxın, həm də uzaq ətrafında axtarılır… Yağmurun qızı olan Dənizin də ailə həyatı xoşbəxt qurulmayıb və o ailə də bu işin tam mərkəzində olur. Yağmurun 20 il əvvəl tələbəlik illərində başqa birinə olan sevgisi də əsas süjet xətlərindən biridir. Yağmurun atası da öz xeyirxah əməlləri ilə özünə düşmən qazana bilmişdir. Bu hadisədən altı ay əvvəl rayonda daha bir cinayət hadisəsi baş verib və bu iki cinayət arasında əlaqə ortaya çıxır. Əsər bütün bu və bu kimi hadisələrin məcmusundan ibarətdir. Digər əsərlərimdə olduğu kimi əsas süjet xətti iki cinayət hadisəsinin araşdırılmasıdır.Lakin əsər ailə mövzusu, sevgi, psixologiya, elmin bir neçə istiqaməti, həyatın ən müxtəlif sahələrində baş verən maraqlı hadisələri özündə əks etdirir. Roman oxucular tərəfindən yaxşı qarşılandı. Bir neçə tədbirdə bu əsərin müzakirəsini keçirdik və əsər barədə yalnız xoş fikirlər eşitdim. Qaranlıq qalan suallara da oxucularla birlikdə aydınlıq gətirdik.
    -Yazıçı üçün oxucu rəyi nə qədər vacibdir?
    – Tənqid belə olsa xalis niyyətli oxucu rəyindən daha önəmli mənim üçün heç nə yoxdur. Çünki yazar yalnız öz oxucuları ilə birlikdə mövcuddur.
    -Baxmayaraq ki, detektiv janrı  bürtün dünyada olduğu kimi Azərbaycanda da böyük maraq doğurur, azdan-coxdan kinolar, seriallar  çəkilir, bizdə  detektiv janrında çəkilən çox az sayda filmlərə rast gəlninir. Sizcə bunun səbəbi nədir?
    – Kino çəkilişi də bizdə çox aşağı səviyyəyə düşüb. Səbəb isə əlbəttə maliyyədir. Bu gün kino çəkmək üçün vəsait tapmaq olmur. İki rejissor hazırda əsərlərimdən birinə kino çəkmək istəyirlər. Əvvəllər tanımadığım rejissorlardır. Əsərləri oxuyub və bəyəniblər. Lakin nə onlar, nə də mən çəkiliş üçün sponsor tapa bilmirik.
    -Yaxşı detektiv sizcə necə olmalıdır? Ümumiyyətlə müasir oxucuların tələbləri nədir, nə istəyir və yazıçı bu istəkləri nə dərəcədə nəzərə almalıdır?
    – Yüksək səviyyədə yazılan detektiv əsər ilk növbədə çox maraqlı olmalıdır. Hadisələr sona qədər oxucunu intizarda saxlamalı və hər şey sonda, oxucunun təəccübünə səbəb olmaqla bitməli. Bundan əlavə əsər həm də oxucu üçün faydalı olmalı, onu düşündürməli, oxucu özünü hadisələrin içində hiss etməli, ədalət, ali insanlıq, vicdan, elm, kamillik kimi vacib amillər əsərin üst hissəsində olub oxucunun şüuraltına nüfuz etməlidir. Və daha bir çox lazımlı, praktiki fayda verəcək amilləri özündə birləşdirməlidir.
    Oxucularında əslində tələbləri elə sadaladığım amillərdir. Əsər faydalı, maraqlı, dinamik, həyəcan, adrenalin dolu olanda çox oxunur. Yazar yaxşı əsər yaratmaq üçün elə yazarkən həm də ona oxucu gözü ilə baxmağı bacarmalıdır. Tək özü üçün yazarsa böyük effekti olmaz.
    -Nəşriyyatların  detektiv əsərlərə  marağı nə dərəcədədir?
    – Nəşriyyatların tək bir marağı var; müştəri olsun, kitab çap olunsun və onlar qazansınlar. Onları əsərlərin nə janrı, nə də ki, mahiyyəti maraqlandırmır.
    -Bu bir reallıqdır ki, bizdə çox az yazıçı tapılar ki, kitab yazmaqla normal gəlir əldə edir. Sizcə bunun belə olması üçün nə edilməsi lazımdır və nə çatışmır?
    – Yazıçıya pul qazandırmaq üçün deyil, ədəbiyyatın, mədəniyyətin ümumilikdə inkişafı üçün ilk növbədə kitaba meydan verilməli. Çünki kino da, teatr da, müsiqi əsərləri də  beyinlərdə formalaşıb ilk olaraq ağ vərəqlərə köçürülür. Azərbaycan oxucusu nəhayət öz yazarına yaxın gəlməyə, onunla söhbət etməyə, onun bir əsərini oxumağa çəkinməməli. Bunu özünə ayıb saymamalı. Bizdə çox qəribə bir ənənə formalaşıb. Biz özümüzü sevə, dəyər verə bilmirik. Sanki buna utanırıq. Nə alimimizi, nə yazarımızı, nə şairimizi, nə hər hansı idman klubumuzu… sevmək əvəzinə hər yerdə xaricilərə üstünlük veririk. Ətrafa baxsaq öz dilimizdən çox xarici dillərdədir hər şey. Mağazalardan tutmuş kafelərdə verilən yeməklərə, qoyulan körpə adlarına qədər. Çox ürək yanğısı ilə qeyd etmək istəyirəm ki, biz coğrafi olaraq müstəqillik əldə etsək də, biyət etməyə hələ də yad axtarırıq. Burada xalqımızı qınamaq istəmirəm. Bir psixoloq kimi bilirəm ki, bunun ən böyük səbəbi əsrlərdir bu və ya digər işğallara məruz qalmağımızdır. Bir xalq olaraq, bir toplum olaraq şüuraltı hələ də işğal altındayıq. Lakin inanıram ki, gün gələr bu hipnozdan ayılarıq. Bunun üçün biz qələm adamlarının da öhdəsinə çox böyük iş düşür. Özümüzdən, tariximizdən, milli kimliyimizdən, tarixi şəxsiyyətlərimizdən, alimlərimizdən, sərkərdələrimizdən çox yazmalıyıq. Bizi özümüzə qaytarmaq üçün əlimizdən nə gəlirsə etməliyik. Məsələn, son əsərimdə İlisu Sultanlığı barədə yazmağım sırf bu məqsədi daşıyır. Xalq özünü sevəndən sonra kitaba verilən dəyər də artar, yazarı da qazanar.

    -100 il əvvəl indiki texnolopgiya, elm indiki kimi inlkişaf  etməmişdi, videokamera, mobil telefon–filan, cinayətin müasir metodlarla araşdırılıması  imkanı yox idi. Personajlar, indi adama primitiv gələn telefon budkalarından diskli telefon aparatından zəng edirdilər… Bu baxımdan müasir detektiv janrı keçmişdəkindən, məsələn, əsərlərinizin baş qəhrəmanı polkovnik İlyas Ocaqov Artur Konan Doylun Şerlok Holmsundan nə ilə fərqlənir?
    – Doğrudur, müasir texnoloji və kriminalistik inkişaf cinayət hadisələrinin qısa bir zamanda açılması üçün rəvac verdi və biz detektiv yazarların da işi xeyli çətinləşdi. Lakin çalışıram bu çətinliyin öhdəsindən gəlim. İlyas Ocaqovun Şerlok Holms ilə bir çox oxşar cəhətləri var. Çünki hər ikisi detektiv və hər ikisində mütləq yüksək araşdırmaçı istedadları olmalı idi. Fərqli cəhətləri isə əlbəttə İlyasın bu gün yüksək texnologiyalardan istifadə edə bilmə imkanıdır. Hərçənd hadisələri elə qururam ki, bunun üçün onun çox az imkanı olsun. Hadisələri əsasən Holms kimi öz zəki ağlı, məntiqi düşüncələri ilə araşdırsın.

    -Yazıçıların oxucularla imza günlərində, kitablarının təqdimatında və sairə ədəbi formatda tez-tez görüşməsi yazıçıya tanınmaqdan başqa nə verir?
    – Oxucu ilə yazarın görüşü çox vacibdir. İlk ona görə ki, onların səninlə görüşə gəlməsi, əsərlərin barədə bir fikir söyləməsi sənə yeni həvəs, yeni güc verir. İkincisi məsuliyyət hissini artırır. Onların verə biləcəyi suallara hazır olmalısan. Edə biləcəkləri haqlı tənqidləri qəbul etməli və nəticə çıxarmalısan. Bu cür görüşlərdə oxucular yazarı daha aydın görürlər, nəinki əsərlərində.

    – Yapon detektiv yazıçısı Sodzi Simada müsahibələrinin birində yazır ki : “Şerlok Holmun “Rəngli lent” götürsəniz, səhv var. Orada ilan süd içir, sürünənlər isə ümumiyyətlə süd içmir. İlanın qulaqları yoxdur və fit çalınanda qonşu otaqdan sürünüb gəlmirlər. Ancaq bütün uyğunsuzluqlara baxmayaraq, bu çox yaxşı hekayədir. Yeri gəlmişkən, Konan Doylun elmdən bixəbər olduğunu düşünmürəm, sadəcə olaraq, o vaxt elm o səviyyədə idi”.
    İndi belə çıxır dedektiv yazmaq daha çətindir ? İndi seçim çoxdur, həm də oxucu daha tələbkar …
    – Əlbəttə Simada iradlarında haqlı idi. O dövrlərdə bir çox başqa detektiv yazarların əsərlərində də kobud kriminalistik pozuntular olub. İndi bu cür səhvləri yazara bağışlamırlar. Bu yöndən işimiz daha da çətindir. Yazar oxucu qarşısında çox məsuliyyətli olmalıdır ki, ən azından bu qədər böyük səhvlər buraxmasın.

    -Əsərlərinizin xarici dillərə tərcümə edilməsi və ekranlaşması barədə hansısa planlarınız, gözləntiləriniz var?
    – “Şahmat qaydaları ilə qətl” əsərim hazırda ingilis dilinə tərcümə olunur. Sentyabr ayında nəşr olunması planlaşdırılıb. Bu əsərlə Avropa oxucusuna çıxmaq istəyirəm. Uğurlu olsa digər əsərlərim də tərcümə olunacaq. Kino barədə az əvvəl dedim. Sponsor olursa elə bu gün kino çəkiləcək. İnanıram ki, bu istəyim mütləq baş tutacaq.

    -Hal-hazırda cinayət hadisələrinin sayı artır. Bizdə elə də yayılmayan olmayan sosial detektivə ehtiyac varmı və detektivin cinayətkarlığın azaldılmasına hansısa töhfəsi ola bilərmi? Məsələn Jorj Simenonun komissar Meqresi çox vaxt cəmiyyəti düşündürür və cinayəti sosial-psixoloji baxımdan araşdırır. Bizdə bir qayda olaraq səbəb ilə yox, nəticə ilə mübarizə aparırlar.
    – İstənilən janr ədəbiyyatda xeyir və şər vardır. Məsələn, elə Nizaminin “Xeyir və şər” poemasında Şər bir stəkan suya görə xeyrin gözlərini çıxarır. Ədəbiyyat həyatın üzünə tutulmuş bir güzgüdür. Həyatın hər bir güşəsini oxucuya göstərir. Nəyin yaxşı, nəyin pis olduğunu izah edir və əsər boyu oxucunu doğru istiqamətə yönəldir. Anlayan üçün faydası var əlbəttə. Cinayət hadisələrinin artıb-azalması böyük və çoxşahəli səbəblərlə bağlıdır. Mübarizə üçün ilk həmin səbəbləri yox etmək lazımdır.

    – Polkovnik İlyas Ocaqov araşdırmalarını davam edəcəkmi? Oxucular yaxın zamanlarda hansı yeni kitabınızı oxuya biləcək?
    – İlyas hələ ki, iş başında. Hazırda hiyləgər və çox ağıllı bir qatilin axtarışında. Qismət olsa payız aylarında yeni kitabım işıq üzü görəcək və sizdə onun haralarda olub, nə işlər çevirdiyinin şahidi olacaqsınız.
    Söhbətləşdi:İmran Kərimli
    Tribunainfo.az
    PAYLAŞ:

    Oxşar xəbərlər