Jurnalist Cəmil Məmmədliyə əlavə ittihamlar verildi

Jurnalist Cəmil Məmmədliyə əlavə ittihamlar verildi
  • Sosial

  • Bir müddət əvvəl xuliqanlıq maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunan jurnalist Cəmil Məmmədliyə əlavə ittihamlar verilib.

    Asiya.az qafqazinfo-ya istinadən xəbər verir ki, Xaçmazda fəaliyyət göstərən jurnalist dələduzluqda və hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilir.

    Konkret olaraq ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

    İttihama görə, C.Məmmədli zərərçəkmişlər - Fuad Həbibov və bacısı Gülnarə Həbibovaya maraqlı olduqları cinayət işi üzrə kömək edəcəyi, sosial şəbəkə üzərindən istintaq orqanına təsir göstərəcəyi ilə bağlı yalan vəd verməklə onların 10 min manatını dələduzluq yolu ilə ələ keçirib.

    Bundan başqa, o, iki nəfərdən hədə-qorxu yolu ilə 180 manat alıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər