“Şimal Region” Viləşçay SAİİ ilə bağlı xəbərə TƏKZİB verdi - VİDEO

“Şimal Region” Viləşçay SAİİ ilə bağlı xəbərə TƏKZİB verdi - VİDEO
  • Masallı / Araşdırma / Mədəniyyət

  • 31 iyul 2023-cü il tarixində "Şimal Region" YouTube kanalında “Masallıda Zaur Mikayılovun kadrı balıq biznesinə girişib” başlıqlı xəbər yayımlanmışdı.

    Asiya.az-ın məlumatına görə, xəbərdə Viləşçay Su Anbarından balıq təsərrüfatı məqsədilə istifadə edilməsi, ərazilərə vaxtında suyun verilmədiyinə dair şər-böhtan xarakterli xəbər yayımlanmışdı.

    Bu gün “Şimal Region” YouTube kanalı sözügedən xəbərlə bağlı təkzib verib. 

    Viləşçay Su Anbarı İstismarı İdarəsindən verilən məlumatda bildirilir ki, xəbərdə səsləndirilən iddialar əsassızdır. 

    “Su anbarında heç bir balıq təsərrüfatından söz gedə bilməz. Bizim yetərincə su ehtiyatımız vardır və həmin su rayon ərazisində olan təsərrüfatlara fasiləsiz verilir. Video reportajda idarə və idarə rəhbərliyi haqqında səsləndirilən məlumatlar yanlışdır, heç bir əsası yoxdur” – deyə idarə rəsmisi qeyd edib. 

     
    PAYLAŞ:

    Oxşar xəbərlər