Lənkəran-Astara Regional Təhsil İdarəsi jurnalistlərlə görüş keçirdi - FOTOLAR

Lənkəran-Astara Regional Təhsil İdarəsi jurnalistlərlə görüş keçirdi - FOTOLAR
  • Cəlilabad / Yardımlı / Masallı / Lənkəran / Lerik / Astara / Sosial

  • Avqustun 22-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran-Astara Regional Təhsil İdarəsinin 1 illik fəaliyyəti ilə bağlı regionun bir qrup media nümayəndələri ilə görüş keçirib.

    Asiya.az
    xəbər verir ki, görüşdə 29 müxtəlif media qurumunu təmsil edən jurnalist iştirak edib. 

    Görüş zamanı idarə müdiri Regional Təhsil İdarəsinin 1 illik fəaliyyəti dövründə görülmüş işlər barədə yəni işə qəbul (direktor, direktor müavinləri, təsərrüfat müdiri və tədris-yardımçı heyət), vətəndaş müraciətləri, şagird nailiyyətləri, təhsil işçilərinin peşəkar inkişafına yönəlmiş təlim və vebinarlar, MİQ və sertifikasiya üzrə statistika, buraxılış və ali məktəblərə qəbul imtahanının nəticələrinin təhlili, regional təhsil idarəsinin tabeliyində olan ümum təhsil müəssisələrinin təmir-tikinti, istilik təminatı və məktəbli formasına keçid ilə bağlı hesabat xarakterli məlumat verib. 

    Media nümayəndələrini maraqlandıran müxtəlif sual və təklifləri cavablandırıb. 

    Sonda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Astara rayonu dənizkənarı park-bulvar kompleksində keçirilən təhsil festivalında göstərdikləri dəstəyə görə bir qrup media nümayəndələri Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən  təşəkkürnamə ilə təltif edilib.

    İdarə adından görüşdə iştirak edən media nümayəndələrinə təşəkkür edir və işlərində uğurlar arzulayırıq.



















    PAYLAŞ:

    Oxşar xəbərlər