
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, “Qan ver, yaşat!” devizi ilə reallaşan aksiyada Astara Rayon Polis Şöbəsinin şəxsi heyəti fəal şəkildə iştirak edib. Onlar bu xeyirxah və nəcib aksiyada iştirak etməyin bir vətəndaşlıq borcu olduğunu hesab etməklə talassemiyadan əziyyət çəkənlərə öz dəstək və diqqətlərini nümayiş etidirblər. Qeyd edək ki, hər bir donor qanvermədən əvvəl tibbi müayinədən keçirilib və toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.


