Masallıda itkin düşmələri iddia olunan nənə və nəvə barədə RƏSMİ AÇIQLAMA

Masallıda itkin düşmələri iddia olunan nənə və nəvə barədə RƏSMİ AÇIQLAMA
  • ---

  • Masallıda nənə və nəvəsinin itkin düşmələri barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a bildirilib ki, Masallı rayon sakini Xanım Abuşovanın itkin düşməsi ilə bağlı informasiya həqiqəti əks etdirmir və qadın hazırda yaşadığı evdədir.

    Dekabrın 11-də saat 19 radələrində evdən çıxaraq geri qayıtmayan azyaşlı nəvəsinin tapılması istiqamətində hazırda polis əməkdaşları tərəfindən axtarış tədbirləri həyata keçirilir.

    ***
    09:11

    Masallıda nənə və nəvə itkin düşüb.

    Asiya.az-a APA-ya istinadən xəbər verir ki, Mollahəsənli kənd sakini, 1952-ci il təvəllüdlü Xanım Abuşova və nəvəsi 2008-ci il təvəllüdlü Jalə Abuşova dekabrın 11-də evdən şəxsiyyət vəsiqələrini götürək çıxıb və geri qayıtmaraq itkin düşüb.

    Araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər