Qardaşxan Əmənov - 65

Qardaşxan Əmənov - 65
  • Masallı / İdman / Manşet

  • Bu gün Əməkdar məşqçi Qardaşxan Əmənovun 65 illik yubileyidir.

    Masallıda Yunan-Roma güləşinin inkişafında müstəsna xidmətləri olan Qardaşxan Adəm oğlu Əmənov 24 fevral 1959-cu ildə Ərkivan qəsəbəsinin Həsənəküçə məhəlləsində dünyaya göz açıb. 
    1966-cı ildə Həsənəküçə kənd 8 illik məktəbində 1-ci sinifə gedib. 
    1976-cı ildə “Ağ məktəb”in məzunu olub. 
    Uşaq yaşlarından cənub bölgəsinin tanınmış pəhləvanı, SSRİ idman ustası, Əməkdar məşqçi, respublika dərəcəli hakim, Masallı yunan-Roma güləş məktəbinin yaradıcısı Nadir Ağayevin rəhbərliyi ilə evində keçirilən güləş məşqlərinə başlayıb. 
    Orta məktəbi bitirdikdən sonra idmana olan böyük sevgisi onu Azərbaycan Bədən Tərbiyəsi İnstitutuna gətirib. 1980-ci ildə institutu bitirərək təyinatla Masallı rayonu Kolatan kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlayıb. Bir il sonra 173 nömrəli Texniki Peşə məktəbində işə başlayıb. Burada işlədiyi dövürdə hərbi xidmətə gedib. Xidmətdən sonra yenidən peşə məktəbində fəaliyyət göstərib.
    O, pəhləvanlar diyarı Ərkivanda uşaqların idmana olan sevgisini nəzərə alaraq 90-cı illərdə tələbələrinə ilk məşqləri müəllimi Nadir Ağayev kimi öz evində başlayır. 1994-cü ildən Masallı rayonu İdman və Gənclər İdarəsində Yunan Roma Güləşi üzrə məşqçi müəllim təyin olunub.
    Qardaşxan müəllimin tələbələri arasında Avropa, dünya çempionatlarının iştirakçıları və qalibləri vardır. Hər il keçirilən ənənəvi Nadir Ağayev turnirində Qardaşxan müəllimin tələbələri ən yüksək nəaliyyətlərə imza atırlar. 
    2017-ci ildə idmanın Yunan-Roma güləşinin inkişafındakı xidmətlərinə görə Əməkdar məşqçi fəxri adına layiq görülüb.
    Qardaşxan müəllim 2022-ci ildə Nadir Ağayevdən bəhs edən “Pəhləvanın salnaməsi” sənədli filmində öz ustadının obrazını canlandırıb. 
    2023-cü ilin sentyabr ayından səhhətiylə əlaqəli pensiyaya çıxıb.
    Hazırda oğlu Şirvan Əmənov məşqçi müəllim olaraq atasının yolunu davam etdirir.
    Qardaşxan Əmənova uzun, sağlam bir ömür arzu edirik. 
    PAYLAŞ:

    Oxşar xəbərlər