Cəlilabad sakini babasından qalan odlu silahı polisə təhvil verib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə təhvil verib
  • Cəlilabad / Sosial

  • DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Cəlilabad rayon sakini olan bir nəfər babasından qalmış bir ədəd "İJ-26" markalı ov tüfəngini könüllü şəkildə polisə təhvil verib. Bundan əlavə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində keçirdikləri profilaktiki tədbirlər nəticəsində rayon sakinləri 1 ədəd "AK-74" markalı avtomat silahını, 28  ədəd patronu və 3 ədəd ov tüfəngini könüllü şəkildə polisə təhvil veriblər.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər