Masallıda "28 May-Müstəqillik Günü”nə həsr olunan sərbəst güləş üzrə region turniri keçirilib

Masallıda "28 May-Müstəqillik Günü”nə həsr olunan sərbəst güləş üzrə region turniri keçirilib
  • Cəlilabad / Yardımlı / Masallı / Lənkəran / Lerik / Astara / İdman / Manşet

  • Masallıda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "28 May-Müstəqillik Günü”nə həsr olunmuş Lənkəran-Astara regionu üzrə Spartakiada çərçivəsində 2009-2011-ci il təvəllüdlü idmançılar arasında sərbəst güləş idman növü üzrə region turniri keçirilib.

    Asiya.az xəbər verir ki, Masallı Olimpiya Kompleksində 80 nəfər idmançının iştirak etdiyi region turnirində komanda hesabında Cəlilabad rayon komandası birinci, Lənkəran rayon komandası ikinci, Masallı rayon komandası üçüncü yerə layiq görülüb.

    l, II və lll yeri tutan idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə təltif olunub.











    PAYLAŞ:

    Oxşar xəbərlər