Asiya.az xəbər verir ki, dağıntılar altında qalaraq həlak olanlardan ikisi Azərbaycanlıdır.
Həlak olanlar Masallı rayonu Ərkivan qəsəbə sakinləri Baloğlan və Xurşid Nəcəfov qardaşlarıdır. Onlar ailəsi ilə birlikdə Yekatirinburq şəhərində yaşayırdılar.
Ataları Nəcəfov Balağa Qəribxan oğlu uzun illərdir ki, bu şəhərdə biznes fəaliyyəti ilə məşğul olur.
Vəfat edən qardaşıların meyiti Rusiyadan Azərbaycana gətirilmə istiqamətində iş aparılır. Onlar Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən “Təpə qəbiristanlığı"-nda dəfn ediləcək.
Allah rəhmət etsin!