Masallının sabiq Təhsil şöbə müdiri vəfat etdi - FOTO

Masallının sabiq Təhsil şöbə müdiri vəfat etdi - FOTO
  • Manşet / Cəmiyyət

  • Masallı ictimayətinə ağır itki baş verib.

     

    Uzun müddətdir böyrək çatışmamazlığı xəstəliyindən əziyyət çəkən Masallı Təhsil Şöbəsinin sabiq müdiri Nurəddin Məlikov Bakı şəhərində müalicə aldığı klinikada vəfat edib. Yaxınları onun son bir neçə gün ərzində Koronovirusa tutulduğu və vəziyyətinin kəskin şəkildə pisləşdiyini deyir.

     

    Asiya.az xəbər verir ki, 1957-ci ildə Masallı rayonu Ərkivan kəndində anadan olan Nurəddin Bəyiş oğlu Məlikov Azərbaycan Dövlət Universitetinin “Filologiya fakültəsinin məzunu olub.

     

    Masallı rayonunun müxtəlif məktəblərində müəllim, C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbində direktor, Masallı rayonlarası Əmək Müfəttişliyində müfəttiş, Masallı rayon icra hakimiyyətində ictimai-siyasi məsəllələr üzrə şöbənin müdiri, Masallı rayon Təhsil Şöbəsinin müdiri, Ərkivan qəsəbəsi Əlvan Bağırov adına 4 saylı tam orta məktəbində direktor müavini vəzifələrində çalışıb.

    Nurəddin Məlikovun ailəsinə, doğmalarına dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyirik.

    Allah rəhmət etsin.

    PAYLAŞ:

    Oxşar xəbərlər