Masallıda Xocalı soyqırımın 30-cu ildönümü anıldı - FOTOLAR

Masallıda Xocalı soyqırımın 30-cu ildönümü anıldı - FOTOLAR
  • Manşet / Cəmiyyət

  • 26 fevral 2022-ci il tarixdə səhər saatlarından başlayaraq Masallıda yerləşən Qəhrəmanlar Parkında Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı rayon sakinlərinin ziyarəti başlanılmışdır.

     

    Asiya.az xəbər verir ki, mərasimdə Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, Vətən müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət, Viləşçay su İstismarı İdarəsinin işçiləri və rayon sakinləri iştirak etmişlər.

     

    Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər gül dəstələri qoydular.

     

    Sonra tədbir iştirakçıları şəhərimizin Qəhrəmanlar parkında abidə-kompleksinin önünə tər gül dəstələri düzərək Xocalı faciəsi qurbanlarının ruhunu ehtiramla yad etdilər.

     

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Ərkivanda məskunlaşmış Xocalı sakinləri Yusif və Kamalə Quliyevlərlə görüşdü, onların güzəranı, həyat şəraiti, ehtiyacları ilə maraqlandı.

     

    Sonra şəhidlərin, Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxundu.

     

    Axın səhər saatlarından axşama kimi davam edir. Hər ziyarətçi Xocalı şəhidlərinin ruhu qarşısında vətəndaşlıq və insanlıq borcunu yerinə yetirir.

     

    Fotolar Elsevərə Əliyevə aiddir:

    PAYLAŞ:

    Oxşar xəbərlər