Putinə qarşı çıxan milyarderlərin sayı 3 oldu

Putinə qarşı çıxan milyarderlərin sayı 3 oldu
  • Cəmiyyət

  • Putinin Ukraynanı işğal cəhdinə qarşı çıxan rusiyalı milyarderlərin sayı artır.

    Asiya.az xarici KİV-lərə istinadla xəbər verir ki, “Tinkoff” bankının təsisçisi və sahibi olan milyarder Oleq Tinkov da Ukraynada aparılan müharibənin və insanların ölümünün yolverilməz olduğunu bəyan edib. Bankı və biznesi Qərbin sanksiyalarına tuş gələn Tinkov “İnstaqram”dakı paylaşımında bildirib ki, dövlətlər pullarını insanların müalicəsinə, xərçəng üzərində qələbə çalmağa xərcləməlidirlər, müharibəyə yox.

    Xatırladaq ki, bundan öncə daha iki rusiyalı milyarder – Mixail Fridman və Oleq Deripaska da müharibə ilə bağlı narazılıqlarını bildiriblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər