Xalqımız bir daha əmin oldu ki, seçimində yanılımayıb

Xalqımız bir daha əmin oldu ki, seçimində yanılımayıb
  • ---

  • Əsrlər boyuxalqın iradəsi ən gözəl göstərici olmuşdur. Məhz buna görə “Xalqın gözü tərəzidir” kimi misallar meydana gəlmişdir.
    Bu kimi deyimlər indidə aktualdır. Nümunə olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin növbəti dəfə 2018 ci il aprel ayının 11 də xalqın iradəsi ilə ölkəmizə yenidən Prezident seçilməyini göstərmək olar.
    İlham Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib.
    Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. 

    İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. 

    Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır.

    İlham Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişlər. Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açılmışdır.
    2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

    2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

    2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 

    Bütün bunlar xalqın öz Prezedentinə inamının, etibarının və hər zaman onun yanında sevərək durduğunun ğöstəricisidir.

    Çünki, bu illər ərzində cənab Prezident xalqın yanında olmuş və xalqın etimadını doğrultmuşdur!!

    Ceyhun Hüseynov- Masallı RMX-nın mütəxəssisi.
    PAYLAŞ:

    Oxşar xəbərlər