Asiya.az xəbər verir ki, bu tənqidləri iqtisadçı Natiq Cəfərli bölüşüb. Onun sözlərinə görə, ölkədən çıxanda test tələbinin məntiqi bildik, məmurların labaratoriyaları qazanırdı, bəs Gürcüstandan dönəndən niyə test istəyirlər: “Axı 80-120 lari test pulunu gürcü biznesmenlər qazanır, bəli, biznesdi, heç kimi yoxlayıb etmirlər, yalandan, güya yoxlayırlar, “neqativ” yazıb kağızı çap edib verirlər – vəssalam. Bunun Azala-Butaya, ölkəyə nə xeyri var? BəlkəTiflisdə də bizim məmurlar gürcü labaratoriyaları ilə şərik işləyir?! Bitirin bu multfilmi…
Yoluxma yox dərəcəsində, ölüm şükür ki, yox, bütün məhdudiyyətlər ləğv edilməlidir”.