Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni rəhbər təyin olundu - DOSYE

Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni rəhbər təyin olundu - DOSYE
  • Sosial / Araşdırma

  • Masallı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin direktor Xanbaba Meyxoş oğlu Hüseynov tutduğu vəzifədən azad edilib. 

     

    Asiya.az xəbər verir ki, direktor vəzifəsinə artıq təyinat olub. Sözü gedən vəzifəsini həmin xəstəxananın həkim-kardioloqu İlqar Ramiz oğlu Ramizoğlu icra edəcək.  

     

    Qeyd edək ki, İlqar  Ramiz  oğlu Ramizoğlu 03.06.1978 ci il tarixində Masallı  rayonunun Həsənli kəndində anadan olub. 

    1995-ci ildə Kimya-Biologiya təmayüllü Respublika litseyində orta təhsilini başa  vuraraq Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakültəsinə qəbul olub. 

    2001-ci ildə həmin universitetin məzunu olub

    2001-2002-ci illərdə C.Abdullayev adına ET Kardiologiya İnstitutunda internatura  kursu keçərək həkim-kardioloq ixtisasını alıb. 

    2002-2004-cü illərdə Naxçıvan MR-da Tibb Xidməti baş leytenantı kimi hərbi xidmət keçib. 

    2004-cü ildən Masallı RMX-da həkim-kardioloq kimi fəaliyyət göstərir. Dəfələrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ), 2010-cu ildə Türkiyə Respublikasında ixtisasartırma kurslarında iştirak edib. Ailəlidir. İki övladı var.


    “Asiya.az” xəbər portalı olaraq İlqar Ramizoğlunu yeni vəzifəsi münasibəti ilə təbrik edirik!

    PAYLAŞ:

    Oxşar xəbərlər