"Ramiz Novruzun bütün müalicəsi dövlətimizin nəzarətində idi"

"Ramiz Novruzun bütün müalicəsi dövlətimizin nəzarətində idi"
  • Mədəniyyət

  • "Mehriban xanım Əliyeva əlindən gələn hər şeyi etdi ki, Ramiz müəllim sağalsın".
     
    Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva deyib.

    O, həmçinin bildirib ki, Ramiz müəllimin sağalması üçün hər kəs dua edirdi:
     
    "Siz bilirsiniz ki, Mehriban xanım Əliyeva əlindən gələn hər şeyi etdi ki, Ramiz müəllim sağalsın. Bütün müalicələr onun nəzarətində gedirdi. Hamımız onun sağalması üçün dua edirdik. Onu itirmək istəmirdik. Nur içində yatsın. Siz də hər zaman onun yanında oldunuz. Bundan sonra onun xatirəsi yaşayacaq. Xalqımız, dövlətimiz onun əziz xatirəsini yaşadacaq. Onun işıqlı xatirəsi xalqımızın qəlbində dolacaq".

    Xalq artistinin oğlu Cavidan Novruz Qənirə Paşayevaya minnətdarlığını bildirərək bunları deyib: "Bir aktyor, Xalq artisti üçün nə lazım idisə, dövlətimiz onu etdi. Biz sizdən razıyıq. Çox sağ olun hər şey üçün".
    PAYLAŞ:

    Oxşar xəbərlər