“Dəfinə” məktəb-liseyində “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirildi - FOTOLAR

“Dəfinə” məktəb-liseyində “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirildi - FOTOLAR
  • Masallı / Sosial

  • Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Dəfinə” məktəb-liseyində “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

    Asiya.az
    xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə narkotik vasitələrin səbəb olduğu fəsadlar və onun acı təsirləri barədə videoçarxı izləyiblər.

    Maarifləndirici tədbirdə çıxış edən Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən danışaraq ölkəmizdə narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.

    Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı görüşlər keçirirlər.

    Diqqətə çatdırılıb ki, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.

    Sonra çıxış edənlər erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən danışıblar. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğunu diqqətə çatdırıblar.





    PAYLAŞ:

    Oxşar xəbərlər