
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, Lənkəran rayonunun Velədi kəndində yerləşən evlərdən birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Məlumat daxil olduqdan dərhal sonra Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə B.Səmədova rayon ərazisində saxlanılıb, soyğunçuluq yolu ilə ələ keçirdiyi qızıl-zinət əşyaları ondan aşkarlanaraq maddi sübut kimi götürülüb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.
B.Səmədovanın analoji cinayət əməllərindən zərər çəkən başqa şəxslər varsa, aidiyyatı üzrə polis orqanına məlumat vermələri xahiş olunur.