Azərbaycan futbolunda qalmaqal - Hakimlər meydandan qaçdı

Azərbaycan futbolunda qalmaqal - Hakimlər meydandan qaçdı
  • İdman

  • Bu gün Azərbaycan futbolunda növbəti qalmaqal baş verib.

    Asiya.az sportinfo.az-a istinadən xəbər verir ki, Hadisə II Liqanın "Göygöl" - "Şəki Siti" qarşılaşmasında (1:2) yaşanıb.

    Belə ki, Göygöldə keçirlən matç axıra çatdırılmayıb. Rövşən Rəcəbovun başçılıq etdiyi hakimlər briqadası 83-cü dəqiqədə oyunu dayandırıb.

    Buna səbəb ev sahibi komandanın onların qərarına sərt və davamlı etirazıdır. Belə ki, göygöllülərin 3 futbolçusu ikinci hissədə qırmızı vərəqə alıb.

    Həmçinin baş məşqçi Araz Mansurov texniki zonadan uzaqlaşdırılıb. Narazılığı bitməyən qərb təmsilçisinin oyunçuları "fit sahibləri"nə təzyiq göstərib.
    PAYLAŞ:

    Oxşar xəbərlər