Masallı rayon Mədəniyyət Mərkəzinə yeni direktor təyinatı olub

Masallı rayon Mədəniyyət Mərkəzinə yeni direktor təyinatı olub
  • Masallı / Manşet / Mədəniyyət

  • Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinin icrası Ceyhun Bəşirova həvalə edilib.

    Asiya.az xəbər verir ki, bu barədə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncovun müvafiq əmr imzalayıb. 

    Mərkəzin direktor vəzifəsini 1999-cu ildən bu vaxta kimi “Tərəqqi” medalı Vəkil İsmailov icra edirdi. O, təqaüd yaşı ilə əlaqədar vəzifəsindən azad olunub. 

    Qeyd edək ki, Bəşirov Ceyhun Salamat oğlu 29.11.1980-ci ildə Ərkivan qəsəbəsində doğulub. Orta təhsilini Masallı şəhər 3 saylı tam orta məktəbində alıb. 1998-ci ildə şəhər 3 saylı orta məktəbi fərqlənmə ilə bitirərək Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Tətbiqi kimya” ixtisasına daxil olub. 2002-ci ildə bakalvr pilləsini, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin “Neft, qaz emalı” ixtisası üzrə magistr pilləsini fərqlənmə ilə bitirib. Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Milli Elimlər Akademiyasının Radiasiya Porblemləri  İnstitutunda elmi işçi kimi başlayıb. 2006-2012-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Masallı Gigiyena Epidemiologiya Mərkəzində Sanitar kimyəvi laboratoriya müdiri vəzifəsində çalışıb. 2012-2015-ci illərdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi, 2015-ci ildə Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyanın katibi, 2015-2016-cı illərdə Sosial İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi, 2016-2017-ci illərdə Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyanın katibi, 2017-ci ildə İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi, 2017-2020-ci illərdə İstimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, 2020-2022-ci illərdə “Sağlamlıq S” MMC-nin nəzdində “ozon” klinikasının direktor müavini, 2022-2024-cü illərdə Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin metodisti vəzifəsində çalışıb və həmin illər ərzində regional idarənin Kommunikasiya Menceri kimi fəaliyyət göstərib. Əmək fəaliyyəti dövründə Respublika Gigiyena Epidemiologiya Mərkəzində ixtisas artırma kursu, İqtidasi İnkişaf Nazirliyində “İstehlakçı hüquqlarının qorunması və perspektivlər” mövzusunda, Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanda dövlət-din münasibətləri”, “Multikultiralizm Azərbaycan Respublikasının dövlət siyasəti kimi”, 2022-ci ildə ADA Universitetində “İctimai Əlaqələr və Medianın əsasları” kurslarında iştirak edib. 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, II dərəcəli Dövlət Qulluqçusudur. Ailəlidir, 3 övladı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər