Miriş Hüseynov - 40

Miriş Hüseynov - 40
  • Cəmiyyət / Manşet / Mədəniyyət

  • Bu gün tanınmış vokalçı, bəstəkar, müğənni, mədəniyyət işçisi Miriş Hüseynov 40 illik yubiley yaşını qeyd edir. 

    Miriş Mirxas oğlu Hüseynov 7 mart 1984-ci ildə Masallı rayonunun İsi kəndində dünyaya göz açıb.
    Onun ulu babaları Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına etiraz edən cənub bölgəsinin tanınmış bəyləri olub. 

    Miriş Hüseynov 1-ci sinifə Qəriblər kənd tam orta məktəbində başlasa da 8-11-ci sinifləri Ərkivan qəsəbəsində yerləşən "Ağ məktəb" liseyində alıb.
    Orta məktəbdə dərs əlaçısı olmasıyla yanaşı həm də gözəl səsiylə tanınırdı.
    Vokal ifaçılığa, mədəniyyətə, incəsənətə olan sevgisi onu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr ixtisasına qəbul olmasına gətirib çıxardı.

    Hələ tələbəlik ilərində böyük səhnələrdə çıxışlara başlayan Miriş Hüseynov 2004-cü ildə Spacetv-də yayımlanan "Azeristar-1" musiqi yarışmasının qaliblərindən olur. Bu yarışmadan sonra o televiziya efirlərində daha çox görünməyə başlayır.

    Miriş Hüseynov Universitetdə Kurs işində Musiqili komediya teatrında Azərbaycanın böyük sənətkarlarının qarşısında "Arşın mal alan" operettasında Əsgər obrazını məharətlə ifa edir.

    Onun bir çox mahnıları dillər əzbəridir. 2005-ci ildə 9Üns Yaradıcılıq Səhnəsinə Rusiyadan və ölkəmizdən olan peşəkar mədəniyyət nümayəndələrinin və şəxsən Akademik Nərgiz Paşayevanın iştirakı ilə bütün mədəniyyət ocağlarından olan gənclərin arasından seçimlə qəbul olur. Üns Yaradıcılıq Səhnəsinin kollektivi ilə dövlət miqyaslı tədbirlərdə və ölkədən kənarda böyük səhnələrdə çıxışları olub.

    O, 2005-ci ildə Akademik Musiqili Teatrda Solist (vokalist) kimi əmək fəaliyyətinə başlayaraq bir çox tamaşalarda rol alır.

    2008-ci ildə ailə vəziyyəti ilə əlaqədar Masallı rayonuna qayıdan Miriş Hüseynov 2009-cu ildə Masallı rayon  Mədəniyyət və Turizm şöbəsinin Qəriblər kənd klubuna müdir, 2011-ci ildə Masallı MKS də direktor müavini, 2016-cı ildə Dövlət Qulluğu Komisiyasının müsabiqəsindən uğurla keçərək Masallı rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi vəzifəsinə təyin olunur.

    Hazırda Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin aparatında  çalışır. İkinci dərəcə dövlət qulluqçusudur. Dövlət qulluğunda çalışmağıyla bərabər yaradıcılıq fəaliyyətini də davam etdirir.
    Teleməkanda izlənilən bir çox seriallarda bəstəkar və ifaçı kimi Miriş Hüseynovun musiqiləri səslənir. ARB-də "İntizar", ATV-də "Bir qadın" seriallarında mahnıları səslənib. Bu vaxta qədər ondan çox serialda ("Məhkumlar", "Toy gecəsi", "Dəfnə Ağacı", "Səni ürəyim sevdi", "İdarə", "Uçurum" və.s) musiqiləri səslənib.
    Ailəlidir, iki övladı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər