Yardımlıda maarifləndirmə tədbiri keçirildi

Yardımlıda maarifləndirmə tədbiri keçirildi
  • Yardımlı / Sosial

  • Yardımlı rayonunda “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib.

    Yardımlı Rayon Polis Şöbəsində təşkil olunan tədbirdə şöbə rəisi, polis polkovniki Rauf Babaşov, Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Məmmədova və digər şəxslər çıxış edərək Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu və bu istiqamətdə hər il respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbirlərin keçirildiyini bildiriblər.

    Çıxışlarda insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğu və dövlətin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyi diqqətə çatdırılıb.

    Qeyd edilib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən Konstitusiyamız Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub.

    Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.


    PAYLAŞ:

    Oxşar xəbərlər