Masallıda “Ulu öndər Heydər Əliyevin Azərbaycan mətbuatında əvəzolunmaz əməyi” mövzusunda tədbir keçirildi

Masallıda “Ulu öndər Heydər Əliyevin Azərbaycan mətbuatında əvəzolunmaz əməyi” mövzusunda tədbir keçirildi
  • Masallı / Manşet / Sosial

  • İyulun 21-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Mərkəzi Kitabxana Sistemi(MKS), Masallı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 22 İyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Ulu öndər Heydər Əliyevin Azərbaycan mətbuatında əvəzolunmaz əməyi” mövzusunda tədbir keçirilib.

    Asiya.az xəbər verir ki, muzeydə keçirilən tədbirdə təşkilatçı müəssisənin əməkdaşları, Masallı Dövlət Rəsm Qalereyasının əməkdaşları, “Yeni Həyat” qəzetinin işçi qrupu, rayonun mətbu, müxtəlif informasiya orqanlarında çalışan media nümayəndələri, ziyalılar iştirak ediblər.

    Tədbir öncəsi ulu öndər Heydər Əliyevin, Azərbaycanın mətbuat sahəsində çalışan dünyasını dəyişmiş qələm sahiblərinin və eyni zamanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə əsası qoyulan milli mətbuatımızın 148 illik tarixindən, həmçinin rayonumuzun çətin və şərəfli yol keçən mətbu orqanı nümayəndələrinin bu sahədə gördüyü işlərdən geniş danışdı. Ə.Tağıyeva  media sahəsində çalışan hər bir kəsi Milli Mətbuat Günü  münasibətilə təbrik edərək, gələcək işlərində uğurlar arzuladı.

    Sonra rayonun mətbu nümayəndələri Əyyub Mehdiyev, Əyyar Tahirov, Həsənağa Əliyev, Akif Ağayev, Şahin Səmədli, Cəfər Cəfərov qələm sahibi olaraq çalışdıqları peşənin çətin və maraqlı tərəflərindən söhbət açdılar. Natiqlər Ulu Öndərin zamanında mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğının Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilərək ölkəmizdə söz və mətbuat azadlığının tam təmin olunmasınıdan da xüsusi  danışdılar.

    Veteranlar şurasının sədri Məmmədağa Şiriyev, Masallı Dövlət Regional Kollecin direktor müavini Dilarə Mürşüdova, tarix müəllimi Nazim Əliyev, MKS-nin direktor əvəzi Zamin Məmmədov Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsi olaraq Azərbaycan media işçilərinin beynəlxalq media qurumlarına geniş müsahibələri bu günkü reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynaması, bu gün  fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə  fərqlənməklərindən söhbət açdılar.  

    Daha sonra tədbirdə iştirak edən mətbu nümayəndələrinə veteranlar şurası, MKS tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim olundu.

    Yekunda tədbir  iştirakçıları muzeydə mətbuat gününə həsr edilən sərgilə də  tanış oldular.








    PAYLAŞ:

    Oxşar xəbərlər