Bilik Cəmiyyətinin Masallıdan olan sabiq sədri vəfat etdi

Bilik Cəmiyyətinin Masallıdan olan sabiq sədri vəfat etdi
  • Cəmiyyət

  • Azərbaycanın müstəqillik əldə etdiyi ilk dövrlərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışmış Rafiq Şahbazov vəfat edib.

    Asiya.az
    xəbər verir ki, ixtisasca Şərqşünas olan Rafiq Şahbazov hələ tələbəlik illərindən ictimai-siyasi proseslərə qoşulur. 1990-cı illərdə Xalq hərəkatının öncüllərindən olub.
    Müstəqilliyin ilk illərində ölkəmizin nüfuzlu ictimai təsisatlarından olan - Azədbaycan Bilik Cəmiyyətinin sədri olub.

    Son illər bir sıra media qrumu ilə əməkdaşlıq edən Rafiq Şahbazov 2020-ci ildə "7gun.org" xəbər portalını təsis edir və vəfat erdiyi günə qədər həmin saytın baş redaktoru olaraq fəaliyyət göstərib. 

    Rafiq Şahbazov 14 oktyabr 2022-ci il tarixində ürək çatışmazlığından vəfat edib. Mərhum doğulduğu Masallı rayonu, Ərkivan qəsəbəsində torpağa tapşırılıb.
    Allah rəhmət etsin.
    PAYLAŞ:

    Oxşar xəbərlər