Polis Akademiyasının və Masallı RPŞ-nin əməkdaşları şagirdlərlə görüş keçirdi

Polis Akademiyasının və Masallı RPŞ-nin əməkdaşları şagirdlərlə görüş keçirdi
  • Masallı / Sosial

  • Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq mövzusunda Masallıda IX-XI sinif şagirdləri ilə görüşlər keçirilib.

    Görüşlərdə çıxış edən DİN-in Polis Akademiyasının baş müəllimi, polis polkovnik-leytenantı Rüfət İbayev, Masallı RPŞ-nin şəxsi heyətlə iş üzrə rəsi köməkçisi, polis kapitanı İxtiyar Talıbov bildiriblər ki, sağlam cəmiyyətin formalaşması və ölkəmizin işıqlı gələcəyi məhz təhsilli, sağlam gənclikdən asılıdır. Ali təhsil müəssisələrinə hazırlaşan, daxili işlər orqanlarında xidmət etmək həvəsində olan abituriyentlərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar verilib. Orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxana, xarici dil öyrənmək imkanı, laboratoriyalar, yataqxana və asudə vaxtın səmərəli təşkili məqsədilə yaradılan şəraitdən danışılıb. 

    Qocaman təhsil müəssisəsindəki tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub, məktəblilərə bukletlər paylanılıb və onların sualları cavablandırılıb.























    PAYLAŞ:

    Oxşar xəbərlər