Ərkivanda Novruz Bayramı tədbiri qeyd edildi - FOTOLAR

Ərkivanda Novruz Bayramı tədbiri qeyd edildi - FOTOLAR
  • Masallı / Manşet / Mədəniyyət

  • Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ərkivan qəsəbəsində Novruz bayramı münasibətilə tədbir keçirilib.

    Asiya.az
    xəbər verir ki, tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nahid Həsənov, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Ombusmanın cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, xaricdə yaşayan tanınmış iş adamları Hikmət və İntiqam Məmmədov qardaşları, sahibkar Sucayət Qasımov, şəhid ailələri, qazilər, media nümayəndələri və qəsəbə ictimaiyyəti iştirak edib.

    Əvvəlcə qəsəbədə şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər abidə kompleksi” ziyarət edilib.

    Sonra tədbir iştirakçıları xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən sərgilərlə, həmçinin rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər, orta ümumtəhsil və mədəniyyət müəssisələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının folklor nümunələri ilə tanış olublar.

    Tədbiri giriş sözü ilə açan Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov iştirakçıları xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hissləri tərənnüm edən Novruz bayramı münasibətilə təbrik edib, ölkə rəhbərliyi səviyyəsində milli-mənəvi dəyərlərə göstərilən dövlət qayğısını xüsusi vurğulayaraq, xalqımıza firavanlıq, ölkəmizə sülh və əmin-amanlıq arzulayıb.

    Sonra şəhid atası Habil Əlizadə də çıxış edərək bu əlamətdar gün münasibətilə iştirakçılara təbrikini çatdırıb. Çıxışlardan sonra idarə rəisi tərəfindən bayram tonqalı alovlandırılıb.

    İdmançıların nümunəvi idman çıxışları, Ərkivan qəsəbəsində fəaliyyət göstərən məktəbəqədər və ümumtəhsil məktəb şagirdlərinin iştirakı ilə səsləndirilən şeirlər, həmçinin ifa edilən rəqslər tədbirə xüsusi rəng qatıb.
    Tədbir Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin solistlərinin ifasında konsert proqramı ilə davam edib.
    Fotolar Elseverə Əliyevə məxsusdur:






































    PAYLAŞ:

    Oxşar xəbərlər